Показаны сообщения с ярлыком xəbər. Показать все сообщения
Показаны сообщения с ярлыком xəbər. Показать все сообщения

07.11.2014

TƏTİL GÜNLƏRİ.....

Təhsil Nazirliyi tətil günləri ilə bağlı açıqlama verib. Cari tədris ilində orta məktəblərin tətil günlərində heç bir dəyişiklik edilməyəcək.

Nazirlikdən verilən məlumata görə, Nazirlər Kabinetinin Azərbaycanda dərs ilinin müddətinin uzadılması ilə bağlı qərarı gələn tədris ilindən etibarən icra olunacağından, 2014-2015-ci tədris ilində məktəblilərin payız, qış və yaz tətillərinə heç bir dəyişiklik edilməyib.

TN-dən verilən məlumatda o da qeyd olunur ki, 2014-2015-ci dərs ilində payız tətili günləri noyabrın 12-də başlayacaq, noyabrın 17-də isə başa çatacaq. Bu il həm 5 günlük, həm də 6 günlük məktəblərdə tətil günləri eyni olacaq. Dərslər noyabrın 18-də başlayacaq.

Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, gələn ildən dərs ili iki yarımilə bölünəcək, birinci yarımil 15 sentyabr - 26 yanvar, ikinci yarımil - 1 fevral - 14 iyun tarixlərini əhatə edəcək. Dərs ili ərzində 5 gün payız tətili (16-20 noyabr), 5 gün  qış tətili (27-31 yanvar) və ibtidai siniflər üçün 5 günlük (1-5 may) əlavə yaz tətili müəyyən ediləcək.

MONİTORİNQ

    Bu gün məktəbimizin 2014-2015-ci tədris ilinin fəaliyyət planına əsasən ana dili və riyaziyyat fənlərinin tədrisinin monitorinqi çərçivəsində  IV siniflərdə test yoxlaması keçirildi.Nəticələr sabah elan olunacaq....







06.11.2014

SİNİFLƏRİN OKTYABR AYI ÜÇÜN NƏTİCƏLƏRİ


Oktyabr ayının nəticələrinə görə VIII c sinifi ayın ən yaxşı sinifi elan olundu.Sinifə 1 ay müddətinə məktəbin keçici bayrağı təqdim olundu.
Oktyabr ayının nəticələrinə görə ən zəif nəticə göstərmiş X b sinifinə 1 ay müddətinə "tısbağa" şəkili təqdim olundu.....



https://az-az.facebook.com/permalink.php?story_fbid=732866246769271&id=458010377588194